Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 18:04
Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı qarayara, vəba və Afrika donuz taunu patogenləri ilə iş aparan beş Kiyev biolaboratoriyasının fəaliyyətini dayandırmağa imkan verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi İqor Kirillov bildirib.
"Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyatının mühüm nəticəsi qarayara, tulyaremiya, brusellyoz, vəba, leptospiroz, Afrika donuzu taunu patogenləri ilə iş aparan beş Kiyev bioloji laboratoriyasının fəaliyyətinin dayandırılması olub", - deyə Kirillov vurğulayıb.
Onun sözlərinə görə, ştam kolleksiyasının bir hissəsi ABŞ-a aparılıb, qalan ştamlar Ukrayna Səhiyyə Nazirliyinin 24 fevral tarixli əmrinə uyğun olaraq təcili şəkildə məhv edilib.
"Rusiya Müdafiə Nazirliyində Baydenin oğlunun Ukraynada patogenlərlə işləmək üçün şərait yaradılmasındakı rolunu təsdiqləyən yazışmalar var. Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna ərazisində bioloji silah komponentlərinin yaradılmasında iştirak edən şəxslərin siyahısını dərc edib", - İqor Kirillov deyib.
O bildirib ki, Kiyev rejimi bioloji silahların çatdırılması və istifadəsi üçün texniki vasitələr hazırlayır. Kirillov ABŞ-ın inkişaf etməkdə olan ölkələri bioloji silah komponentləri üçün sınaq meydançası hesab etdiyini söyləyib.