Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Demet Akalından Ramazanla bağlı qalmaqallı paylaşım - FOTO

Demet Akalından Ramazanla bağlı qalmaqallı paylaşım - FOTO

Tarix: 1 Aprel 2022 10:18

Türkiyəli müğənni Demet Akalının növbəti paylaşımı gündəm olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ifaçı bu dəfə Ramazanda yayım edəcək kanallara səslənərək ilahiyyatçıları çağırmaqdansa, həmin pulu kasıblara bağışlamağı təklif edib:

"Ramazanda televiziya kanallarına çağıracağınız ilahiyyatçıları verəcəyiniz yüz minlərlə lirəni kasıblara paylayın. Keçən ilki proqramları yenidən izləməyə razıyam. Zatən hər il yeni ayələr nazil edilmir".

Demetin bu ifadələri sosial media seqmentində müzakirələrə səbəb olub. Ona haqq qazandıranlarla yanaşı, fikrini düzgün ifadə etmədiyini bildirənlər də olub. "Dedi, il boyunca hər gün eyni səhnədə eyni mahnıları oxuyan şəxs", "Düz deyir", "Hər il yeni ayələr nazil olmur" ifadəsi yaraşmadı", "Niyə sən özün eyni mahnıları oxuyursan? Onda dinləyicilər pulu sənə verincə yardıma ehtiyacı olanlara paylasın", "Haqlı olana haqlı deyirlər" ifaçının ünvanına yazılan şərhlərdən bir neçəsidir.

Milli.Az


Etiketlər:  Demet Akalından Ramazanla bağlı qalmaqallı paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ