Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avrozonada martda inflyasiya rekorda çatıb

Avrozonada martda inflyasiya rekorda çatıb

Tarix: 1 Aprel 2022 18:26

İlkin məlumatlara görə, bu ilin mart ayında Avrozonada illik inflyasiya 7,5% təşkil edib ki, bu da müşahidələr dövründə qeydə alınan ən yüksək göstəricidir.

Sonxeber.net-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, inflyasiyaya ən çox təkan verən enerji qiymətləri illik müqayisədə 44,7% artıb. Ərzaq, alkoqol və tütün martda 5%, qeyri-enerji sənaye malları 3,4%, xidmətlər isə 2,7% bahalaşıb.

Statistik məlumatları artıq əlçatan olan Avropa ölkələrinə gəldikdə, martda ən yüksək illik inflyasiya Litvada (15,6%), Estoniyada (14,8%) və Niderlandda (11,9%) qeydə alınıb. Ən zəif illik qiymət artımı isə Maltada (4,6%), Fransada (5,1%) və Portuqaliyada (5,5%) müşahidə olunub.


Etiketlər:  Avrozonada martda inflyasiya rekorda çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ