Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İmtahanda yüksək bal toplayan Nigar Ağazadə - VİDEO

İmtahanda yüksək bal toplayan Nigar Ağazadə - VİDEO

Tarix: 2 Aprel 2022 11:44

Tam orta təhsil səviyyəsi üzrə martın 5-i və 6-da keçirilmiş buraxılış imtahanlarının nəticələri məlum olub. Bu imtahanlarda 47 min 726 nəfərin iştirakı nəzərdə tutulsa da, 513 nəfər imtahana gəlməyib. Imtahan qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub. İmtahanda cəmi iki şagird tələb olunan ən yüksək nəticəni toplaya bilib. Onlardan biri də Ağazadə Nigardır. O təəssüratlarını "Xəzər Xəbər"lə bölüşüb.

Bu gün 5 və 6 mart tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. 47 mindən çox şagirdin iştirak etdiyi buraxılış imtahanında iki nəfər yüksək nəticə toplayıb. Onlardan biri də,  Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigardır. İmtahanda tələb olunan maksimum balı toplayan Nigar, 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə, 278 bal toplayıb. Uğurunun sevincini yaşayan Nigar deyir ki, bu nəticə onun üçün gözlənilən idi. 

Gələcəkdə həkim olmaq istəyən Nigar, uğurunun sirrini digər abutireyntlərə də söylədi.

Qeyd edək ki, 5 və 6 mart tarixində keçirilmiş buraxılış imtahanında iki nəfər ən yüksək nəticəyə nail ola bilib. Nigar Ağazadə ilə yanaşı digər ən yüksək bal toplayan şagird isə Bakı şəhəri 286 saylı orta məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğludur.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  İmtahanda yüksək bal toplayan Nigar Ağazadə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ