Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2022 13:39
Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "Bu gün çox mühüm hadisə - İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olacaqdır. Yer artıq seçilib, hər şey hazırdır. Əminəm ki, bu, Azərbaycanda ən yaxşı universitetlərdən biri olacaqdır və beş italyan universiteti bu layihənin tərəfdaşı qismində çıxış edir. Həmçinin italyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir".