Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple yeni maliyyə servisləri üzərində çalışır

Apple yeni maliyyə servisləri üzərində çalışır

Tarix: 2 Aprel 2022 20:08

Apple şirkəti ödəniş emalı üzrə fərdi texnologiyası və infrastrukturu üzərində çalışır. Bu cür infrastruktur gələcəkdə şirkət müştərilərinə yeni maliyyə məhsullarının təqdim edilməsində yardımçı olacaq. Nəticədə Apple bu sahədə öz partnyorlarından olan asılılığını aşağı salmağı və daha çox öz gücünə güvənməyi planlaşdırır. Bəziləri düşünürlər ki, Apple bir növ bank müəssisəsinə çevrilir. Apple şirkətinin maliyyə bazarına daxil olması üçün hazırladığı layihə barəsində məlumatı Bloomberg saytı öz anonim mənbələrinə istinadən təqdim edib. Məlumata əsasən çoxilli layihə Breakout kod adına sahibdir. Bu məlumatın ortaya çıxması artıq Apple şirkətinin maliyyə sektorundakı iki əsas partnyorunun səhmlərinin aşağı düşməsinə səbəb olub. Söhbət, CoreCard və Green Dot şirkətlərindən gedir. Hətta Goldman Sachs kimi nəhəngə də bu məlumatlar təsir göstəriblər. Belə ki, onun səhmlərinin qiyməti 1.2% aşağı düşüb. Apple isə öz növbəsində müştərilərinə geniş maliyyə xidmətlərinin təqdim edilməsini planlaşdırır.

Ödənişlərin emal olunmaları ilə yanaşı bura həmçinin kredit riskinin qiymətləndirilməsi, fırıldaqçılıq ehtimalının analizi, müştərinin kredit ödəmə qabiliyyətinin yoxlanılması və bunlarla əlaqədar servislər daxil olacaqlar.

Bunlar isə öz növbəsində Apple şirkətinin maliyyə sektorunda mövcud olan təkliflərini genişləndirəcək. Qeyd etmək lazımdır ki, Apple hal hazırda öz brendi altında təqdim edilən kredit kartına (Apple Card) və Apple Pay ödəniş servisinə sahibdir. Apple Card üzərindən olan ödənişlərin emalı ilə CoreCard şirkəti məşğul olur. Goldman Sachs isə bu sahədə daha geniş xidmətləri təklif edir. Apple şirkətinin ilk maliyyə servisi 2014-cü ildə işə salınmış Apple Pay servisi oldu. Sözügedən servis dünyanın 70 ölkəsində aktivdir və hər il şirkətə 70 milyard dollara yaxın gəlir gətirir. Lakin Apple brendi altında olan bank kartları yalnız ABŞ-da çalışan partnyorlar üzərindən təklif edilir. Bu isə öz növbəsində Apple şirkətinin maliyyə sektorundakı inkişafını məhdudlaşdırır.

Keçən həftə şirkət Britaniyanın Credit Kudos adlı startapını almışdı. Bu startap kredit prosesində lazımi qərarın verilməsi üçün bank məlumatlarının analizi ilə məşğul olur.

Çox güman ki, Apple sözügedən startapın təcrübəsindən istifadə edərək öz infrastrukturunu quracaq. Məlumata əsasən şirkətin ilk maliyyə məhsulu hissə-hissə ödənişlər servisi olacaq. Məlumatda qeyd edilib ki, sözügedən layihə şirkət daxilində Apple Pay Later adlanır. Kreditləşdirmə üzrə xidmətləri ilkin mərhələlərdə həm Goldman Sachs bankı həm də digər partnyorlar təqdim edəcəklər. Lakin daha sonra Apple şirkətinin fərdi maliyyə alətlərinin siyahısına faizlərin hesablanması, tranzaksiya üzrə əməliyyatların təsdiqi, kredit tarixçələri bürosuna məlumatların ötürülməsi, fərdi risk qiymətləndirməsi əsasında sorğuların qəbulu və ya rədd edilməsi, kredit limitlərinin tənzimlənməsi və o cümlədən tranzaksiya tarixçələrinin analizi kimi alətlər daxil ola bilərlər. Nəticədə şirkət bu xidmətləri təqdim edən partnyorlarından imtina etməyi planlaşdırır.


Etiketlər:  Apple yeni maliyyə servisləri üzərində çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ