Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikolyaev raketlə vurulub: ölənlərin sayı artıb

Nikolyaev raketlə vurulub: ölənlərin sayı artıb

Tarix: 2 Aprel 2022 20:20

Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Ölənlər arasında hərbi administrasiyası rəhbərinin köməkçisi də var. Onun meyiti dağıntılar altından bu gün çıxarılıb.

Vitali Kim deyib ki, Nikolayev vilayətində yerli sakinlərə zədələnmiş hərbi texnikaların hissələrini götürüb metal tullantılarının qəbul mərkəzlərinə təhvil vermək qadağan olunacaq. O, Ukrayna ordusunun ehtiyacları üçün istifadə ediləcək.

Bundan əlavə, Kim Nikolayev vilayətinin ərazisində yerləşən Rusiya qüvvələrinə müqavimət göstərmək üçün xüsusi qruplar yaradıldığını deyib.


Etiketlər:  Nikolyaev raketlə vurulub ölənlərin sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ