Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2022 15:20
Bu gecə partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən "Location" gecə klubunun kimə məxsus olması məlum olub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, gecə klubunun yerləşdiyi mülkiyyət Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Umbayev Ağa Tofiq oğluna məxsusdur.
Lakin ümumi sahəsi 170 kv.metr olan mülkiyyəti Rəsul Rəsulov icarəyə götürərək gecə klubu kimi işlədib.
Qeyd edək ki, hadisə ilkin ehtimala görə qaz sızmasına görə baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 30-dan çox şəxs isə xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.