Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahirli “Dinamo”dan inamlı qələbə

Mahirli “Dinamo”dan inamlı qələbə

Tarix: 3 Aprel 2022 21:12

Futbol üzrə Xorvatiya çempionatında 29-cu turun oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Draqovolyaç" ilə qarşılaşıb. Futbolçumuzun komandası oyundan 2:0 hesablı qələbəsi ilə ayrılıb.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.
 
Bu nəticədən sonra xalını 60-a çatdıran "Dinamo" vahid liderdir.

Milli.Az


Etiketlər:  Mahirli Dinamodan inamlı qələbə


RƏYLƏR