Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maştağada 47 yaşlı kişi qətlə yetirilib

Maştağada 47 yaşlı kişi qətlə yetirilib

Tarix: 4 Aprel 2022 11:08

Bakıda 47 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Milli.Az-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 2-i saat 11 radələrində Sabunçu rayonu, Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Natiq Nəcəfovun xəsarət alması və almış olduğu xəsarətdən saat 15 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, onunla eyni qəsəbədə yaşayan 1984-cü il təvəllüdlü Adəm Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Natiq Nəcəfova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Adəm Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Milli.Az


Etiketlər:  Maştağada 47 yaşlı kişi qətlə yetirilib


RƏYLƏR