Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qremmi''də dəbilqə ilə səhnəyə çıxdı - VİDEO

''Qremmi''də dəbilqə ilə səhnəyə çıxdı - VİDEO

Tarix: 4 Aprel 2022 17:55

2022-ci il "Qremmi" Mükafatlandırma Mərasimində maraqlı anlar yaşanıb. 

Milli.Ax baku.ws-ə istinadla xəbər verir ki, mərasimin aparıcısı, komediya aktyoru Neyt Barqatze mükafatları təqdim etmək üçün səhnəyə dəbilqə taxaraq çıxıb. 

Barqatze çıxışında "Dedilər ki, komediyaçılar mükafatlandırma mərasimlərinin zarafatlaşma bölümündə bunları geyinməlidirlər", deyərək 94-cü Oskar Mükafatlandırma mərasimində yaşanan hadisəyə mesaj göndərib.

Xatırladaq ki, bir müddət əvvəl 94-cü Oskar mükafatlandırma mərasimində məşhur aktyor Uill Smit aparıcı Kris Roka zarafatla sillə vurması ilə gündəmə gəlmişdi. Hadisə qısa zamanda gündəm mövzusu olmuşdu.

Milli.Az


Etiketlər:  Qremmidə dəbilqə ilə səhnəyə çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ