Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bunlar sizin orqanizminiz üçün zərərlidir, amma siz onu hər gün təkrarlayırsınız.

Bunlar sizin orqanizminiz üçün zərərlidir, amma siz onu hər gün təkrarlayırsınız.

Tarix: 5 Aprel 2022 08:42

Bəzi vərdişlər vardır ki, siz onları uşaqlıqdan indiyə qədər hər gün təkrarlayırsınız. Amma siz bu vərdişlərin orqanizm üçün zərəli olduğunu bilmirsiniz. Bu vərdişlərə aiddir:
1. Hər gün duş qəbul eləmək
Mütəxəssisilər hər gün duş qəbul etməyin dəriyə zərərli olduğunu təsdiqləyiblər.Onların araşdırmaları sübut edib ki, hər gün isti su və müxtəlif yuyucularla çimmək dərinin öz təbii qoruyucu təbəqəsinin məhvinə səbəb olur. Dərinin qoruyucu təbəqəsinin korlanması isə orqanizmin immunitetinin aşağı düşməsiunə və dəridən müxtəlif infeksiyaların asanlıqla daxil olmasına səbəb olur.
2. Səkkiz saatlıq yuxu
Uzun illər gündəlik yorğunluqdan və problemlərdən qurtarmaq və rahatlanmaq üçün sutka ərzində səkkiz saatlıq yuxunun olması məqsədəuyğun hesab edilirdi. İndi isə araşdırmalar sutkada 6-7 saat yatmanın normal olduğunu təsdiq ediblər. Belə ki, mütəxəssislərin araşdırmaları səkkiz saat yatmağın insanda diqqətin dağılmasına və yorğunluğa səbəb olduğunu təsdiq ediblər. Yuxu rejiminin dəyişilməsi orqanizmə ilk günlərdə çətinlik törədir, amma qısa müddət ərzində buna öyrənmək mümkündür. Mütəxəssislərin araşdırmaları istirahət üçün sutka ərzində 6 saat yatmağı və gün boyu yorulduqda bir-neçə dəfə 10-15 dəqiqə mürgüləməyin orqanizm üçün çox faydalı olduğunu söyləyirlır. Bu cür istirahət rejiminin isə fiziki aktivliyə müsbət təsir etməyi öz təsdiqini tapıb.
3. Dişləri yuduqdan sonra ağızı çox yaxalamaq
Biz hər dəfə dişlərimizi yuduqdan sonra ağzımızı diş pastasının izi ağız boşluğundan itənə qədər yaxalayırıq. Diş pastası ağız boşluğunda qoruyucu təbəqə əmələ gətirir. Dişləri yuduqdan sonra isə ağız boşluğunun çox yaxaladıqda pastanın tərkibində olan ftorlu birləşmələr tamamilə təmizlənir və dişi qoruya bilmir.
4. Unitazda oturmaq
Unitazın tətbiqi XIX əsrin sonundan başlaməşdır. İnsanlar bunun rahatlıq baxımından yaxşı olduğunu düşünürlər, amma, həkimlər təbii üsullarla əyilərək defekasiya aktının həyata keçirilmsinin bağırsaqların fəzliyyətinə kömək etdiyini qeyd edirlər.
5. Evin təmizliyi
Evlərin təmiz olması evdə yaşayan hər kəs üçün vacib sayılır. Bu işləri isə evdə adətən qadınlar görür. ABŞ alimləri isə evin tez-tez təmizliyinin eyni adam tərəfindən aparlımağını məsləhət bilmirlər. Onların araşdırmaları təmizlik zamanı istifadə edilən kimyəvi dərmaların insan orqanizminə zərərli olduğunu və eyni işin hər dəfə təkrarlanmasının qadının əsəsblərinə mənfi təsir etdiyini sübut edib. Bu səbəblərdən də alimlər təmizlik zamanı kimyəvi təmizləyicilərdən az istifadə etməyi, təmizliyin isə hər dəfə evin başqa sakini tərəfindən aparılmağını məsləhət görürlər.


Etiketlər:  Bunlar sizin orqanizminiz üçün zərərlidir amma hər gün təkrarlayırsınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ