Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Etibarsız'' etibarnamə - Avtomobil satarkən diqqətli olun! - VİDEO

''Etibarsız'' etibarnamə - Avtomobil satarkən diqqətli olun! - VİDEO

Tarix: 5 Aprel 2022 14:50

İsmayıllı sakini  etibarnamə ilə maşın satdıqdan sonra problemlərlə üzləşib. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini əldə edən bir şəxs avtomobilin əsl sahibinin adından saxta sənədlər düzəldib və həmin sənədlərlə vətəndaşları aldadıb. 

1 illik etibarnamə ilə maşın satdı. Sonra dələduzluqla qarşılaşdı.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddia ilə İsmayıllı sakini Şanil Musatafayev çıxış edib. Onun sözlərinə görə avtomobilini Çingiz adlı şəxsə satıb. Həmin şəxs də bir müddət sonra nəqliyyat vasitəsini  satmaq qərarına gəlib və bununla bağlı elan saytlarından birində məlumat paylaşıb. Problem də bundan sonra başlayıb. 

Şanil Mustafayev iddia edir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin şəklini əldə edən şəxs onun adından istifadə edərək başqalarına qarşı dələduzluz etməyə başlayıb. 

Şanil Musatafayev deyir ki, aldadılmış adamlar onun ünvanına gəlirlər. 

Zərərçəkən məsələ ilə bağlı polisə müraciət edib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, ərizəsi qəbul olunub. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Etiketlər:  Etibarsız etibarnamə Avtomobil satarkən diqqətli olun VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ