Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emreli postsovetin ən bahalı futbolçuları siyahısında

Emreli postsovetin ən bahalı futbolçuları siyahısında

Tarix: 5 Aprel 2022 16:20

Postsovet məkanının UEFA-ya üzv olan ölkələrinin ən bahalı futbolçularının siyahısı müəyyənləşib.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, "11-lik"də Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli də düşüb.

O, Belarusu təmsil edən Vitali Lisakoviçlə birlikdə 7-8-ci yerləri bölüşdürür.

25 yaşlı hücumçu ölkənin ən bahalı oyunçusu kimi göstərilib. Emreliyə 1,5 milyon avro qiymət qoyulub.

1. Ukrayna - Ruslan Malinovski ("Atalanta", İtaliya) - 30 milyon avro

2. Rusiya - Aleksandr Qolovin ("Monako", Fransa) - 25 milyon avro

3. Gürcüstan - Xviça Kvaratsxeliya ("Dinamo" Batumi) - 16 milyon avro

4. Ermənistan - Henrix Mxitaryan ("Roma", İtaliya) - 10 milyon avro

5. Qazaxıstan - Bəxtiyar Zaynutdinov (MOİK, Rusiya) - 4 milyon avro

6. Moldova - Oleq Ryabçuk ("Olimpiakos", Yunanıstan) - 3 milyon avro

7-8. Azərbaycan - Mahir Emreli ("Dinamo" Zaqreb, Xorvatiya) - 1,5 milyon avro

7-8. Belarus - Vitali Lisakoviç ("Rubin", Rusiya) - 1,5 milyon avro

9-10. Latviya - Vladislav Qutkovski ("Rakuv", Polşa) - 1,2 milyon avro

9-10. Litva - Gedrüs Arlauskis (klubsuz) - 1,2 milyon avro

11. Estoniya - Rauno Sappinen ("Pyast", Polşa) - 700 min avro.


Etiketlər:  Emreli postsovetin bahalı futbolçuları siyahısında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ