Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 20:33
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.
Ç. Əsgərov qeyd edib ki, Avropa Məhkəməsi Azərbaycanın təqdim etdiyi mövqeyə uyğun olaraq 4 aprel 2022-ci ildə növbəti dəfə Ermənistanın müvəqqəti təminat tədbirləri barədə vəsatətini rədd edib: "Qonşu ölkə anlamalıdır ki, beynəlxalq hüquq olan yerdə siyasi spekulyasiyalar əhəmiyyətsizdir".