Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı milyarderə heç kəs borc vermədi: İşçiləri...

Rusiyalı milyarderə heç kəs borc vermədi: İşçiləri...

Tarix: 5 Aprel 2022 20:50

Milyarder Roman Abramoviç sanksiyalara görə Hollivuddakı amerikalı dostlarından borc istəyib. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "Page six" saytı məlumat yayıb. 

Məlumata görə, Abramoviç işçilərinə həftəlik 750 min dollar pul ödəməlidir. Bunun üçün o, nüfuzlu dostlarına müraciət etmək məcburiyyətində qalıb. Amma yaxınları ona borc verməkdən çəkiniblər. 

Bildirilir ki, rusiyalı milyarder Hollivud prodüseri, rejissoru Brett Ratner və Rotşild ailəsinə müraciət etsə də, rədd cavabı alıb. 

Onlar nəğd pulları olmadığını, hesaba köçürmə edəcəkləri təqdirdə sanksiyalara məruz qalacaqlarını bildiriblər.


Etiketlər:  Rusiyalı milyarderə heç kəs borc vermədi İşçiləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ