Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2019 21:00
Xavyer Hernandesin (Çiçarito) yeni klubu "Sevilya"da debütü ləngiyə bilər.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, meksikalı hücumçu La Liqanın 4-cü turunda "Alaves" matçda oynamaq istəsə də, baş məşqçisi Xulen Lopeteqi ona şans verməyə bilər.
İspaniya mətbuatı yazıb ki, 31 yaşlı oyunçunun debütünün Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"la matçda gerçəkləşməsi mümkündür.
Xatırladaq ki, “Qarabağ” - “Sevilya” görüşü sentyabrın 19-u keçiriləcək.