Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Paşinyan kimdir ki Rusiyanın icazəsi olmadan..." - Müsahibə

Tarix: 5 Aprel 2022 21:22

Milli.Az bildirir ki, Azərbaycan Demokrat Partiyasınn sədri Sərdar Cəlaloğlu teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sərdar bəy, Azərbaycanın sülh təkliflərinə Ermənistan tərəfindən müsbət cavab eşidilir. Sizcə, buna qısa zamanda nail olmaq mümkündürmü?

- Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına inam yoxdur. Rusiya hazırda Ukrayna ilə müharibə aparır. Bu ölkə eyni zamanda öz maraqlarını müxtəlif cəbhə və platformalarda təmin etməyə çalışır. Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında münaqişədən də Rusiya bu bölgədə öz mövcudluğunu qoruyub saxlamaq istəyir. Ona görə də, bu münaqişə 30 ilə yaxın davam etdi. Rusiya imperialist siyasətindən imtina etməsə, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında problemlərin həllinə elə də ümid yoxdur. Ukrayna, Qərb cəbhəsində ciddi məğlubiyyətə uğrayan Rusiya ola bilsin Qafqaz cəbhəsində kompensasiyaya cəhd etsin.

- Ermənistanın bu təsirdən uzaqlaşmaq imkanları nə dərəcədədir?

- Bu ölkə Rusiyanın asılılığından kənar siyasət aparmaq imkanına malik deyil. Çünki dövlət deyil. Bu yaxınlarda bir erməni eksperti açıqlama verdi ki, indiki qədər müstəqil Ermənistan dövləti yaratmaq şansları olmayıb. Çünki Rusiyanın başı hazırda Ukraynaya qarışıb. O cəbhədə Rusiya çox ciddi məğlubiyyətlərlə üzləşib. Ona görə də, ermənilər düşünür ki, məhz indi müstəqil dövlət yaratmaq vaxtıdır. Yəni bu baxımdan Rusiyanın Ermənistan üzərində təsiri nə qədər qalacaqsa, bu ölkə ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmayacaq.

- Bakının təklif etdiyi sülh modelinin qəbul olunacağına inam varmı?

- Ermənistanın davranışlarına Rusiya mane olmayacaqsa, iki dövlət öz arasında sülh müqaviləsi imzalanmaya bilər. Amma Rusiyanın icazəsi olmadan Nikol Paşinyan kimdir ki, nəyisə qəbul etsin.

- Paşinyanın Putinlə son telefon danışığı prosesə necə təsir edə bilər?

- Bu qətiyyən belə deyil. Rusiya ümumiyyətlə dünyanın müxtəlif yerlərində müharibələr, konfliktlər üzərində öz mövcudluğunu təmin edir. Ona görə də, əgər burada konflikt, gərginlik istəmirləsə bunu da guya Rusiya dövlətinin buradakı marağı ilə izah etməyə çalışırlar. Bu tamam fərqli bir yanaşmadır.

- Ermənistanda Brüssel görüşü öncəsi aksiyalara start verilib. Bu hal danışıqlara necə təsirli görünür?

- İlk olaraq indi elə qüvvələr var ki, onlar Ermənistanı mümkün qədər Rusiyanın təsirindən çıxarmaq istəyir. Onlar düşünür ki, bunun üçün Ermənistan ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərini bərpa etməlidir. Eyni zamanda digər bir qrup isə ənənəvi erməni düşmənləridir ki, onlar ideoloji olaraq Azərbaycanla Türkiyəni düşmən hesab edirlər. Onların təxəyyülərində odur ki, guya türklər onları qırıb. Başqa bir qrup isə Rusiyanın təsir dairəsində olan "5-ci kolondur" ki, onlar daha çox bu ideyadan çıxış edirlər. bu qrup isə Rusiyanın maraqlarından çıxış edib Ermənistanın maraqlarını önə çəkir. İndiki halda bu üç qüvvənin ikisi eyni cəbhə yaradıb Paşinyana qarşı çıxış edə bilər.

Milli.Az


Etiketlər:  Paşinyan kimdir ki Rusiyanın icazəsi olmadan Müsahibə


RƏYLƏR