Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çindəki təyyarə qəzası ilə bağlı yeni iddia - Pilot intihar edib

Çindəki təyyarə qəzası ilə bağlı yeni iddia - Pilot intihar edib

Tarix: 5 Aprel 2022 22:04

Martın 21-də qəzaya uğrayan Çin Şərqi Hava Yollarına məxsus təyyarə ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

İddia edilib ki, Kunminqdən Quançjouya 132 sərnişin daşıyan təyyarənin pilotu intihar etmək məqsədilə qəzaya səbəb olub.

Hadisə nəticəsində "Boeing 737" meşəlik əraziyə düşüb. Sərnişin təyyarəsində 123 sərnişin və 9 ekipaj üzvü olub.

Rəsmi açıqlamaya görə, təyyarədə olan hər kəs həlak olub.

Ümid edilir ki, qara qutunun oxunması təyyarənin niyə gözlənilmədən burnu üstə şaquli dalğıcla hündürlüyünü itirdiyinə aydınlıq gətirəcək.

Milli.Az


Etiketlər:  Çindəki təyyarə qəzası ilə bağlı yeni iddia Pilot intihar edib


RƏYLƏR