Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 08:54
ABŞ Rusiyanın hərbi müdaxiləsi zamanı Ukraynaya kibertəhlükəsizliyini gücləndirməyə kömək edir.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığının rəhbəri general Pol Nakasone deyib.
Onun sözlərinə görə, ABŞ Kiber Komandanlığı indiki Rusiya-Ukrayna böhranına operativ reaksiya verir.
Nakasone əlavə edib ki, ABŞ Kiber Komandanlığının səyləri artıq həm ABŞ-ın, həm də Ukraynanın müdafiə qabiliyyətini artırıb.
General, həmçinin bildirib ki, komandanlıq Ukraynadakı vəziyyət fonunda infrastruktur sektorlarında təhlükəsizliyin gücləndirilməsinin zəruriliyi barədə dərhal ABŞ hökumətinə məlumat verib.