Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 15:36
15:34
Aprelin 5-də "Mangal" restoranının bir hissəsində podratçı şirkət təmir işləri apararkən onun əməkdaşları tərəfindən texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində bədbəxt hadisə baş vermiş, iki nəfər xəsarət almışdır. Onlar dərhal xəstəxanaya çatdırılmışdır və hazırda müalicələri davam edir.
Hadisə ilə bağlı müfafiq qurumlar zəruri araşdırmalar aparırlar.
-------
10:45
Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alması barədə xəbər vermişdik.
Sonxeber.net qafqazinfo-ya istinadən bildirir ki, hadisə Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən "Mangal Steak House" restoranında baş verib.
Nəticədə liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar.
Qeyd edək ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar müəyyən edilib və ikisi də reanimasiyaya yerləşdirilib.