Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı zavod direktoru dəmiryolu vağzalında qəfil öldü - FOTO

Azərbaycanlı zavod direktoru dəmiryolu vağzalında qəfil öldü - FOTO

Tarix: 6 Aprel 2022 12:08

Rusiyanın Lipetsk Sement Zavodunun baş direktoru Elvin Məmmədov Moskvada qəfil vəfat edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, dəmiryolu vağzalında Lipetske getmək istyərkən qatarı gözləyəndə ürək tutmasından ölüb. 

Beş növ sement istehsal edən "LipetskSement" şirkəti "AvroSementQrup" Holdinqə daxil olub və Avropanin ən böyük sement istehsalçısıdır. 

Qeyd edək ki, Elvin Məmmədov  Əliş Məmmədovun oğludur. 1958-ci ildə Şəkinin Orabon kəndində doğulmuş Əliş Məmmədov Rusiya Federasiyası Saxa Respublikası IV, V və VI çağırış Dövlət Məclisinin (İl Tumen) deputatı, Saxa Respublikasının əməkdar inşaatçısı, "Yakutsement" İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin Baş Direktoru olub.  

O, hazırda Saxa Azərbaycanlıları Cəmiyyətinin - Saxadakı diaspor təşkilatımızın başçısıdır. 

Milli.Az


Etiketlər:  Azərbaycanlı zavod direktoru dəmiryolu vağzalında qəfil öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ