Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ağzını Allah yoluna qoyub efirdə kartof, soğandan danışır"

Tarix: 6 Aprel 2022 12:50

"Sənətimdə heç bir zaman sükut yaranmayıb. Elnarə, heç vaxt öz hızını dayandırmayıb. Öz həmkarlarım, yaşıdlarımdan fərqli olaraq ali təhsilli xanəndəyəm. Milli Konservatoriyanın tələbəsi olmuşam, iki universitet bitirmişəm. Buna ömür, vaxt gedir. 4 uşaq anasıyam. O qədər nüans sadalayaram ki... Elnarə yalnız pop musiqi ifa eləmir. Sizə elə gəlir ki, mən sükut içindəyəm, yox. Öyrənirəm. İstəmirəm tamaşaçımda elə bir fikir yaransın ki, mən bu dünyaya övlad gətirmək, ana olmaq üçün gəlmişəm. Xeyr, heç də elə deyil. Ana olmağımla fəxr edirəm. Bəli, ilk missiyam, qadın olmaq, övlad dünyaya gətirmək idi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Üzə-düz" verilişində deyib. Sənətçi ailə qurduqdan sonra yaradıcılığında sükut yaranması xəbərlərinə əsəbiləşib. Elnarə bildirib ki, daim sənəti üzərində çalışıb.

Telekanalları tənqid edən ifaçı bunları əlavə edib:

"Tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyət televiziyalarındır. Bütün günü radioları dinləyirəm. Gəlin, monitorinq edək. Görün radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz? Bu, mümkün deyil. Radiolar öz simalarını qoruyub saxladılar, amma təəssüf ki, telekanallar barədə bunu deyə bilməyəcəm. Bəlkə, pul, reytinq xatrinə bunu edirlər? Bilmirəm. Hər yoldan, küçədən keçəni pul alıb, efirə çıxartdılar. Bayağı musiqi bir yana, biz istəyirik ki, verilişə baxanda mədəniyyət öyrənək. Verilişə baxılası deyil. Nə aparıcı, nə qonaq danışığını bilir. Qonaq, aparıcı özünü apara bilmir, nə aparıcı verilişi apara bilir. Aparıcı sütun olmalıdır, o ağzını Allah yoluna qoyub, efirdə kartof, soğan mövzuları danışdısa, qonaq da onun kimi edir. Mənim və tamaşaçıların təmiz əti tökülür... 10 ildir televiziyaya baxmıram, heç özümə də".

Elnarə bildirib ki, toy biznesi onun marağında deyil:

"Heç vaxt toy biznesinə qatılıb, çoxlu pul qazanmaq iddiasında olmadım, çünki özümü belə xərcləmək istəmədim. Səhnədə daha yaxşı hiss edirəm özümü. Toy da mini konsertdir. Əgər sən hər gün toyda olsan, konsert verməyə gücün qalmaz ki... Başqa bir məsələ, səni hamı hər gün istədiyi məclisdə görürsə, onda sabah sənin konsertinə kim bilet alıb gələr? Tamaşaçı sənin üçün darıxmalıdır, sən əlçatmaz olmalısan".

Milli.Az


Etiketlər:  Ağzını Allah yoluna qoyub efirdə kartof soğandan danışır


RƏYLƏR