Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 18:26
Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Qazaxıstan baş məşqçisiz qalıb.
Sonxeber.net-ın apasport.az-a istinadən məlumatına görə, Qazaxıstan Futbol Federasiyası Andrey Karpoviçlə müqaviləni yeniləməmək qərarına gəlib.
41 yaşlı mütəxəssislə görüşən rəhbərlik ona fəaliyyətinə görə təşəkkürünü bildirib. Federasiya baş məşqçi postuna ilk namizədi də müəyyənləşdirib. Millinin sabiq çalışdırıcısı Qriqori Babayana təklif göndərilib.
Hazırda Moskva MOİK-ində köməkçi-məşqçi kimi fəaliyyət göstərən Ermənistan əsilli məşqçinin klubla sözləşməsi mayın sonuna qədərdir. Onun həmin vaxtdan Qazaxıstan yığmasının sükanı arxasına keçməsi gözlənilir. Babayan 2008-2014-cü illərdə də millini çalışdırıb.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında C liqasının III qrupu çərçivəsində ilk oyununu məhz Qazaxıstana qarşı keçirəcək. Qarşılaşma iyunun 3-də "Astana Arena"da baş tutacaq.