Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 19:44
Sabirabad sakininin evinin bir otağı yazdığı məktublarla doludur. O, hələ yenə də məktub ünvanlamaqda davam edir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Sabirabad rayonunun Minbaşı kənd sakini Elməddin Soltanov üzləşdiyi problemi həll etməkü üçün bəlkə də rayonda ən çox məktub və teleqram ünvanlayan şəxsdir.
Bəs onu bu qədər məkub ünvanlamağa vadar edən nədir?
Elməddin Soltanov deyir ki, həyətyanı sahəsi əkinə yarasız olduğu üçün yaşadığı ünvana yaxın yerdə olan ərazini icarəyə götürüb, pambıq əkmək istəyib. Amma mümkün olmayıb.
Üzləşdiyi problemi həll etmək üçün 200-ə yaxın məktub ünvanlayan Elməddin Soltanov hələ də məqsədinə nail ola bilməyib. Bildirir ki, o, məktub yazmaqda davam edəcək.
Vətəndaşın Sabirabad Rayon İcra Hakimiyyətinə ünvanlanan məktubuna cavab olaraq bildirilib ki, Minbaşı Bələdiyyəsinin sədrinin, Şirvan Regioanl Ədliyyə Şöbəsinin əməkdaşının, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan şöbəsi əməkdaşları və Elməddin Soltanovun iştirakı ilə əraziyə baxış keçrilib. Həmin ərazi baza xəritə materiallarında yaşayış məntəqəsinin torpaqları kimi qeyd edilib. 5.41 hektar olmaqla həmin ərazinin Minbaşı kənd sakini Soltanov Ağalar Ağasəf oğlu tərəfindən şumlanaraq taxıl məhsulları əkilməsi faktı aşkarlanıb.
Ağalar Soltanov torpaqdan istifadəyə dair tələbləri pozduğuna görə Cinayət Məcəlləsinin 188-ci maddəsi izah olunaraq barəsində akt tərtib edilib. Eyni zamanda bildirilir ki, həmin ərazi dövlət mülkiyyətinə aiddir və Minbaşı Bələdiyyəsi tərəfindən icarəyə verilməsi mümkün deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: