Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan yığmasında xarakter problemi var - De Byazi

Azərbaycan yığmasında xarakter problemi var - De Byazi

Tarix: 7 Aprel 2022 10:16

"Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir etmək və ruhumu qorxaq komandaya vermək gücündə deyiləm".

Milli.Az reporta istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibəsində deyib.

66 yaşlı mütəxəssis yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzduqlarını xatırladıb: "Vaxtın çox az olması problemdir. Buna baxmayaraq komandada yeni sistemi sınadıq. Milli komandaların problemləri var, 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edə biləcək oyunçularım yoxdur, bəzi şeylər bizi təəccübləndirir".

De Byazi Azərbaycan seçməsini Albaniya yığması ilə də müqayisə edib: "Hazırda Albaniya millisində hər şey yaxşıdır, keyfiyyətləri var. Qarşımdakı müəyyən çatışmazlıq isə budur ki, biz birlikdə qurduğumuzu həyata keçirmək üçün var qüvvəmizlə mübarizə aparırıq. Hazırda bunun üzərində işləyirəm. Hazırda istəyimi müəyyən müddətə gerçəkləşdirmək üçün mənə vaxt verilib".

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasına rəhbərlik edir.

Milli.Az


Etiketlər:  Azərbaycan yığmasında xarakter problemi var De Byazi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ