Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 11:25
"Həyatda hər bir insanın səhvləri olur. Mən də istisna deyiləm, o insanlardan biriyəm. "Kaşki bunu etməyəydim", "kaşki belə olmayaydı", "kaşki bu səhvi buraxmayaydım" dediyim anlar olub. Bu kaşkilər hamının həyatında olub. Yıxılana balta vurmaq, ilk növbədə həmin o balta vuranın özünə balta vurmaq deməkdir. Yıxılana balta vurmağı Allah götürmür. Kiminsə bədbəxtçiliyi üzərində öz xoşbəxtliyini quran insanlar sona qədər xoşbəxt ola bilməz. Allah belə şeyləri götürmür".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Rəhman Rəhmanov deyib. O daha sonra əlavə edib.
"Mən bəxtimdən, taleyimdən razıyam. 48 ildir ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında azərbaycanlı balalarına xidmət edib, onları əyləndirirəm, onlara nağıllar danışıram. Allaha hər zaman şükür edirəm ki, bu illər boyu tamaşaçı hörməti, istəyi, tamaşaçılar qazanmışam. Tamaşaçılarımdan çox razıyam. Sənətdə uğurlarım olduğu kimi, həyatda da itkilərim, çətinliklərim çox olub. Sözsüz ki, uğursuzluqlarım da olub. Həyat məni güldürəndə gülmüşəm, hünərin var ağladanda gül ay Rəhman! Həyatın ağladan anları olub, onları yaşamışam, bala itkisi, bala dağı görmüşəm. Əziyyətlərim çox olub. Allahımdan bir arzum var... Zamanı gələndə onu da deyəcəyəm" deyə sənətkar bildirib.
Rəhman Rəhmanov Zaur Baxşəliyevlə bağlı onu narahat edən məsələdən də danışıb.
"Təxminən 1 ay əvvəl "Bizimləsən" verilişində ekspert qismində qonaq idim. Reklam fasiləsi zamanı həmkarım Mehriban Xanlarova ilə söhbət edirdik. O dedi ki, nə bilim istirahətə hara gedəcəm? Filan yer gözəldir! Zaur bizə yaxın dayanmışdı. Dedi ki, nə lazımdırsa mən edim! Dedim ki, heç nə lazım deyil, özümüz edəcəyik! Zaurun bu sözümüzdən acığı gəldi, mən hiss etdim ki, o məndən incidi. Mənim ürəyimdə xal qalmışdı, çünki bu günə qədər məndən heç kim inciməyib. Elə bildim ki, o məndən inciyib. Bu günlərdə qonaq olduğum verilişlərdən birinə zəng edərək məndən incimədiyini bildirdi. Həqiqətən də çox sevindim! O məni 2 dəfə ölümdən qurtarıb. 3 il əvvəl cibindən əməliyyat pulumu ödəyib. Onun bu yaxşılıqlarını heç bir zaman mən unuda bilmərəm" deyə əməkdar artist bildirib.