Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan yol təmir olundu - FOTO

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan yol təmir olundu - FOTO

Tarix: 7 Aprel 2022 16:52

Bakıda təmir işləri zamanı yolda park edilmiş avtomobilin altına asfalt çəkilməyib.

Səbail rayonu "20-ci Sahə" adlanan ərazidə yola asfalt çəkilib. Həmin vaxt yolun bir kənarına avtomobil park edilib. Yol təmir edilsə də, avtomobilin parklandığı yer olduğu kimi qalıb.

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirmişdidi ki, əraziyə asfalt vurulan zaman həmin maşın ərazidə olub və sahibi tapılmadığı üçün belə bir vəziyyət yaranıb. Məsələ bu gün həllini tapacaq.

Artıq məsələ həllini tapıb. Həmin əraziyə asfal vurulub.

Milli.Az


Etiketlər:  Sosial şəbəkələrdə müzakirələrə səbəb olan yol təmir olundu FOTO


RƏYLƏR