Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qanı durultmaq üçün BUNLARI YEYİN

Qanı durultmaq üçün BUNLARI YEYİN

Tarix: 7 Aprel 2022 23:30

Koronavirus pandemiyası zamanı qanın qatılaşması, qanda trombların əmələ gəlməsi mövzusu olduqca aktual olub.

Bildiyimiz kimi, koronavirusun ən ağır fəsadlarından biri orqanizmin, xüsusilə ağciyərin damar və kapilyarlarında çoxlu sayda trombların əmələ gəlməsidir.

Trombların əmələ gəlməsi əslində orqanizmin qoruyucu mexanizmidir ki, tromb damarın müxtəlif səbəblərə görə (travma, zərdə, damar xəstəlikləri və s.) zədələnməsi zamanı onun zədələnmiş divarını sanki  "yamax" kimi bağlayaraq qanaxmanın qarşısını alır. Lakin bəzi xəstəliklər, infeksiyalar və s. zamanı trombların əmələ gəlməsi prosesi çox sürətli olur və bu artıq orqanizm üçün təhlükə yaratmağa başlayır. Tromb damarı tam bağlaya bilər ki, bu da ürəkdə baş verdikdə infarkta,  beyində baş verdikdə insulta, ağciyərdə baş verdikdə tromboemboliyaya səbəb ola bilər.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, mütəxəssislər trombların əmələ gəlməsini əngəlləyən qidaların siyahısını tərtib ediblər. Bu qidalar arasında:

- zeytun və kətan yağları

- təbii alma sirkəsi

- soğan və sarımsaq

- limon

- balıq və balıq yağı

- pomidor və pomidor şirəsi

- kakao və təbii qara şokolad

- çuğundur

- giləmeyvələr (moruq, albalı, qaragilə, mərcanı, çiyələk və s.)

- zəncəfil.

Milli.Az


Etiketlər:  Qanı durultmaq üçün BUNLARI YEYİN


RƏYLƏR