Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Damarların sərtləşməsinə işarə edən 3 SİMPTOM

Damarların sərtləşməsinə işarə edən 3 SİMPTOM

Tarix: 7 Aprel 2022 23:45

Qanda piy komponentlərinin yüksək səviyyədə olması, fizki aktivliyin azlığı, yüksək təzyiq, siqaret çəkmək aterosklerozun inkişafına səbəb olan əsas amillərdir.

Saglamolun.az bildirir ki, ateroskleroz zamanı damarlar daralır, onların divarları sərtləşir, öz elastikliyini itirir, damarlar artıq asanlıqla genişlənmir. Nəticədə damarların zədələnməsi riski də artır. Damar zədələnən yerdə tromb (qan laxtası) əmələ gəlir. Tromb damar divarından qoparaq qan axını ilə daha nazik damara düşə və onu tam bağlaya bilər. Bu proses ürək və ya beyində baş verərsə, bu çox ağır nəticələrə, hətta insanın ölümünə səbəb ola bilər.

Təəssüf ki, damarların sərtləşməsi uzun müddət ərzində özünü heç bir simptomla büruzə vermir. İnkişaf etdikcə ateroskleroz bu kimi simptomlara səbəb ola bilər:

- Ayaqlarda ağrılar. İnsan yeriyəndə ayaqlar ağrımağa başlayır, insan axsayır, dayanmağa, bir qədər gözləməyə məcbur olur ki, ağrı azalsın. Lakin yeriməyə davam edəndəndən bir müddət sonra ağrı yenə yaranır. Bunun səbəbi damarların daralması nəticəsində ayaq əzələlərninin qanla pis təmin olunmasıdır. Gecikmiş mərhələlərdə insan ayaqlarda ağrıları hətta uazanaq vəziyyətdə hiss edir.

- Sinədə sıxılma. Ürək damarlarının sıxılması nəticəsində ürək əzələsinin qanla təmin olunması zəifləyir, ürək kifayət miqdarda oksigen və qidalı maddələri almır ki, nəticədə ürəyin işemik xəstəliyi inkişaf edir. İşemiya zamanı insan ürəyində sıxılma və ağrı hiss edir. Xəstəlik inkişaf etdikcə ürək tutması, infarkt inkişaf edə bilər.

- Başgicəllənməsi. Yuxu arteriyasının daralması və sərtləşməsi nəticəsində beyin qan dövranı pozulur ki, bu da başgicəllənməsi, yaddaşın və diqqətin pozulması kimi simptomların əmələ gəlməsində gətirib çıxarır. Arteriya tam bağlanarsa, xəstədə insult inkişaf edir.


Etiketlər:  Damarların sərtləşməsinə işarə edən SİMPTOM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ