Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 12:24
Xəbər verdiyimiz kimi, aprelin 3-də Səbail rayonunda yerləşən "Location" gecə klubunda güclü partlayıb baş verib.
Sonxeber.net axşam.az-a istinadən məkanın partlayışdan sonrakı görüntülərini təqdim edir.
Qeyd edək ki, Səbail rayonu Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən "Location" gecə klubunda baş vermiş partlayış nəticəsində 1979-cu il təvəllüdlü Axundova Maya Elçin qızı hadisə yerində, 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı isə xəstəxanada vəfat edib. Hadisə nəticəsində daha 36 nəfər xəsarət alıb, onlardan bəzilərinin vəziyyətləri ağır olduğundan xəstəxanalarda müalicələri davam etdirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb, 3 nəfər həbs edilib, istintaq tədbirləri davam etdirilir.