Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahirin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlandı

Mahirin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlandı

Tarix: 12 Sentyabr 2019 10:56

Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb. 

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, futbolçunun Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefonun oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq – yaşayış yerinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir (APA).

 


Etiketlər:  Mahirin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ