Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 17:50
Müğənni Sevda Yahyayeva yenidən həyat yoldaşı Zakir Bayramovla istirahətə yollanıb.
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, cütlük bu dəfə dincəlmək üçün qonşu Türkiyəni seçib.
Onlar İstanbulun mərkəzində yerləşən Dolmabağça Sarayını qarış-qarış gəziblər. Tarixi məkanda çəkiliş edən Sevda görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, videoya "Axırda bu gizli çəkilişlərə görə bizi tutacaqlar" sözlərini də əlavə edib.
Həyat yoldaşı ilə restoranda şam yeməyi yeyən Yahyayeva məşhur aşpaz Nusret Gökçenin "Salt bea" hərəkətini də təkrarlayıb.
İfaçının səyahətindən lentə alınan bütün videoları və fotoları izləyiciləri tərəfindən bəyənilərək, maraqla qarşılanıb.
Qeyd edək ki, tez-tez xaricə istirahətə yollanan Sevda və Zakir cütlüyü bir müddət əvvəl Şri-Lankadan qayıdıb. Yahyayevanın sözlərinə görə, onun həkim həyat yoldaşı bu günə qədər dünyanın 105 ölkəsini gəzib.