Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN: Kiyev Kramatorskın atəşə tutulmasına görə məsuliyyətdən qaça bilməyəcək

Rusiya XİN: Kiyev Kramatorskın atəşə tutulmasına görə məsuliyyətdən qaça bilməyəcək

Tarix: 8 Aprel 2022 21:14

Kramatorskın atəşə tutulmasında Ukrayna Silahlı Qüvvələrinin təqsirinə dair sübutlar var, Kiyevin bu cür hərəkətləri Rusiya Federasiyasının xüsusi əməliyyatının tapşırıqlarının doğruluğunu təsdiqləyir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Kiyev Kramatorskın atəşə tutulmasına görə məsuliyyətdən qaça bilməyəcək. Rusiya dünya ictimaiyyətini baş verənlərə obyektiv qiymət verməyə, Ukraynaya silah təchizatını dayandırmağa və Kiyevi qəbuledilməz müharibə üsullarından əl çəkməyə məcbur etməyə çağırır", deyə Rusiya XİN-nin bəyanatında vurğulanıb.

Qeyd edək ki, bu gün Donetsk vilayətinin Kramatorsk dəmir yolu stansiyasına raket hücumu nəticəsində 30-dan çox insan həlak olub. Rəsmi Kiyev raket hücumunda Rusiyanı ittiham edib.

Rusiya tərəfi isə Kramatorsk dəmir yoluma raket hücumu həyata keçirməsi ilə bağlı iddiaları təkzib edib. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, rəsmi Kiyevin Rusiya tərəfindən aprelin 8-də Kramatorsk şəhərindəki dəmiryol vağzalına həyata keçirdiyi iddia edilən "raket hücumu" ilə bağlı bütün bəyanatlar təxribatdır və tamamilə həqiqətə uyğun deyil. Rusiya MN-dən o da bildirilib ki, fraqmentləri Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan və hadisə şahidləri tərəfindən yayılan "Toçka-U" taktiki raketlərindən yalnız Ukrayna hərbçiləri istifadə edir.


Etiketlər:  Rusiya XİN Kiyev Kramatorskın atəşə tutulmasına görə məsuliyyətdən qaça bilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ