Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır''

''Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır''

Tarix: 9 Aprel 2022 17:55

Müğənni Əlikram Bayramovun toyda başına iş gəlib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında deyib. Onun "Toyda bir nəfər deyib ki, yaxşı kişisən, amma arvaddan qorxursan" sözlərinə Əlikram belə cavab verib:

"Deyib, efirdə nəsə olanda danışıraq, deyirəm, xanım baxır, olmaz. Yəqin ondan eşidib. Adam mikrofonu götürdü toyun ortasında dedi ki, yaxşı oğlansan, amma xanımından niyə belə qorxursan? Heç utanmadım da. Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır. Evdə xanımına kömək etmək kişinin borcudur. Hər şeyi xanım etməməlidir. Demirəm ki, qab yu. Uşağa baxmaqda kömək et".  

Əlikram qeyd edib ki, hadisə Sabirabadda toyda olarkən yaşanıb. 


Etiketlər:  Kişi arvaddan qədər qorxsa qədər yaxşıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ