Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bu küçənin bir hissəsinə qaz xətti çəkilmir - Sakinlər qaz balonlarından istifadə edirlər - VİDEO

Bakıda bu küçənin bir hissəsinə qaz xətti çəkilmir - Sakinlər qaz balonlarından istifadə edirlər - VİDEO

Tarix: 11 Aprel 2022 12:06

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabit Rəhman küçəsində yerləşən bir neçə mənzilə qaz xətti çəkilməyib. Buna görə də sakinlər mavi yanacağa olan ehtiyaclarını qaz balonlarından istifadə edərək qarşılayırlar.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər uzun müddətdir ki, çətin vəziyyətlə üz-üzə qalıblar.

Mavi yanacağın olmaması sakinləri əlavə xərcə salır. 

Sakinlər deyirlər ki, yaxınlıqdakı evlərə qaz xətti çəkilsə də, sözügedən ərazidə 20-dən çox mənzil mavi yanacaqla təmin olunmur.

Problemlə bağlı "Azəriqaz"ın sözçüsü Eldəniz Vəliyev "Xəzər Xəbər"ə bildirdi ki, həmin ərazinin qazlaşdırılması üçün sənəndləşmə işlərinə başlansa da, proses yarımçıq dayandırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda küçənin hissəsinə xətti çəkilmir Sakinlər balonlarından istifadə edirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ