Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onları Moskvaya qədər qovacağıq!..'' - Ukraynalı ana və qızı...

''Onları Moskvaya qədər qovacağıq!..'' -  Ukraynalı ana və qızı...

Tarix: 11 Aprel 2022 16:38

"Ukraynanın Lutsk şəhərindən olan Natalya Popozoqlo müharibədən əvvəl eksklüziv paltarlar tikməkdə ixtisaslaşmış bir atelyenin uğurlu sahibi idi. Ancaq fevralın 24-də səhər saatlarında çağırış komissiyasına getməyə - Vətəni müdafiə etmək üçün orduya yazılmağı xahiş etməyə qərar verdi. Polkovnik-leytenant ərinin məsləhəti ilə müharibənin çöl şəraitində sağ qalmağı asanlaşdırmaq üçün özü ilə isti paltar, metal boşqab və bir qaşıq götürdü".

Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu sətirlər Ukrayna mediasındandır.

Düzdür, hərbi komissarlıqda Natalya dərhal qəti bir imtina ilə ruhdan saldılar: "Ordunun moda dizaynerlərinə ehtiyacı yoxdur!"  Bu dəfə o, qida texnoloqu diplomunu göstərdi - gəncliyində doğma Lutskda texnikumda oxuyarkən almışdı. O, bu ixtisası üzrə cəmi bir il işləyib və əmin olub ki, bir daha həmin təhsil sənədinə ehtiyac duymayacaq. Fevralın 24-də isə Natalya öz-özünə pıçıldadı: "Yaxşı ki, mən bir vaxtlar bu texnikumu bitirmişəm!"

Bu gün Natalya etiraf edir ki, "hündürdaban tufli və ipək paltarlardan" hərbi geyimə qəfil keçid onun üçün əsl şok idi: "Əvvəlcə hərəkət etmək, çömbəlmək çətin idi. Amma bu gün ... Mən özümü bu hərbi formasız təsəvvür edə bilmirəm - sanki bütün həyatım boyu geyinmişəm!"

"Mən isə atış etməyi xoşlayıram, xüsusən də "RPQ"(tank əleyhinə qumbaraatan-S.L.) ilə!" -  deyir Natalyanın qızı Veronika Popozoqlo.

Bəli, ana və qızı 100-cü əlahiddə ərazi müdafiə briqadasının sıralarında birlikdə xidmət edirlər. İlk günlərdə qız könüllü kimi anasına əsgərləri qidalandırmaqda köməklik etsə də, fevralın 28-də özü hərbi forma geyinib...

Popozoqlo ailəsində heç kimin Qələbənin olacağına zərrə qədər də şübhəsi yoxdur.

"Mən buraya əyləncə üçün gəlməmişəm - Qələbəni yaxınlaşdırmağa kömək üçün gəlmişəm! Onları Moskvaya qədər qovacağıq. Və ehtiyac olarsa, daha çox. Onlar tam və qeyd-şərtsiz təslim olmağa razılaşana qədər. Onlar bizim torpağa gəldilər. Bizi öldürməyə gəldilər... Əgər çömçəni yerə qoyub, gerçəkdən də pulemyot götürməli olsam, əlim titrəməz, gözüm məni pis vəziyyətdə qoymaz!" - ukrayın ana - Natalya belə deyir...


Etiketlər:  Onları Moskvaya qədər qovacağıq Ukraynalı qızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ