Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis kuryeri təhqir etdi, döydü: ''İstəyirsən qaç, güllələyəcəyəm''- VİDEO

Polis kuryeri təhqir etdi, döydü: ''İstəyirsən qaç, güllələyəcəyəm''- VİDEO

Tarix: 11 Aprel 2022 18:14

İzmirdə motosikletçi yol polisi tərəfindən saxlanılarkən aralarında gərgin dialoq yaşanıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, kuryerlə polis arasında yaranan gərginlik tezliklə mübahisəyə çevrilib. Kuryerdən sürücülük vəsiqəsini istəyən polis həmin şəxsin "Açarımı versən, sürücülük vəsiqəmi də verəcəm. Narahat olma qaçmayacağam" deməsindən sonra əsəbiləşib.

Polis kuryerə "İstəsən qaçmağa çalış, güllələyəcəm" dedikdə həmin anlar mobil telefonla lentə alınıb. Video tez bir zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Anar Əli
Milli.Az


Etiketlər:  Polis kuryeri təhqir etdi döydü İstəyirsən qaç güllələyəcəyəm VİDEO


RƏYLƏR