Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 18:44
Son bir həftə ərzində ictimai mənbələrdə sənədləşdirilən Rusiya tərəfindən mülki və hərbi infrastrukturun dağıdılması və zədələnməsi nəticəsində Ukrayna iqtisadiyyatına birbaşa itkilər 12,2 milyard dollar artıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bunu Kiyev İqtisadiyyat Məktəbinin komandası və tərəfdaş təşkilatlardan olan könüllülər tərəfindən "Rusiya ödəyəcək" layihəsi çərçivəsində aparılan təhlilin nəticələri sübut edir.
Bununla yanaşı, qeyd edilir ki, yalnız dövlət mənbələri əsasında infrastrukturun birbaşa sənədləşdirilmiş itkilərinin ümumi məbləği artıq 80,4 milyard dollara və ya 2,4 trilyon Ukrayna qrivnasına çatıb. Müharibə zamanı Ukrayna iqtisadiyyatının ümumi itkiləri 564-600 milyard dollar təşkil edir.
"Ümumiyyətlə, Rusiyanın Ukraynaya təcavüzü zamanı 47 gün ərzində azı 23 min kilometr yol, 37 min kvadratmetr yaşayış sahəsi, 319 uşaq bağçası, 546 təhsil müəssisəsi, 205 tibb müəssisəsi, 145 zavod və müəssisə zədələnib, dağıdılıb və ya zəbt edilib", - məlumatda deyilir.
Aslan Məmmədov