Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2022 19:06
ABŞ vətəndaşı Voqn Smit 8 dildə sərbəst danışır.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu faktı "Washington Post" qəzeti üzə çıxarıb.
Jurnalistin "neçə dil bilirsiniz?" sualına Smit belə cavab verib: "8 dildə sərbəst danışıram - ingilis, ispan, bolqar, çex, portəgiz, rumın, rus və slovak dillərində".
Bundan əlavə, Smit 25 ayrı dildə də fikrini ifadə edə bilir. Bu dillərin arasında monqol, Çin, yapon və vyetnam dilləri kimi çətin dillər də yer alır. O, hazırda rus və latış dilləri üzərində də çalışır.
Orta təhsilli kişinin bu qədər dil bilməsinin səbəbini Massaçusets Universiteti tapıb. Rentgen müayinəsi zamanı məlum olub ki, Smitin beyninin dil qavramaq üçün lazım olan hissəsi digər bölmələrdən daha böyükdür. Smit beynin bu hissəsindən daha dəal şəkildə istifadə edir.
Jurnalist bir məsələ ilə bağlı da təəssüf hissi keçirir. O, bu qədər dil bilən şəxsin niyə xalçayuyan işlədiyni, başqa iş tapmadığını soruşur.