Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 08:12
Xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Ukraynaya 10 800 tondan çox humanitar yardım göndərib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.
"Rusiya martın 2-dən etibarən artıq Ukraynaya 10 807,3 ton humanitar yük çatdırıb, 803 humanitar aksiya keçirib. Bu aksiyalar zamanı mülki vətəndaşlara 492 ton zəruri mallar, dərmanlar və qidalar çatdırılıb", - deyə Mizintsev bildirib.