Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 09:44
Ölkədə pandemiya ilə bağlı müəyyən yumuşaldılmalar olsa da, hələ də bəzi qəraralar qüvvədəddir. Yoluxmanın azalması, vaksinasiyanın uğurla davam etməsi bəzi qadağaların ləğvi məsələsini də gündəmə gətirir.
Sonxeber.net xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli "Xəzər Xəbər"ə deyib ki, maska qadağasını eləcə də bir sıra məhdudiyyətləri biz rahatlıqla götürə bilərik. Çünki hazırkı vəziyyət bunu tələb edir.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə koronavirusla bağlı atılan ilkin addımlar, vaksinasiya prosesi dünyadakı tendensiyaları da nəzərə alsaq yaxın günlərdə bəzi qadağaların ləğv edilməsi gözləniləndir.
"Nəticədə epidemioloji vəziyyətlə əlaqəli yumuşalma qərarı və bunun zamanlaması isə son mərhələdə Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətləri daxilindədir. Bu qərarlar açıqlanana qədər var olan qaydalara riayət etmək tövsiyə olunur", - deyə millət vəkili vurğulayıb.