Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 12:02
Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna üçün daha çox silah göndəriləcək. Söhbət Aİ ölkələrindən tədarükdən gedir.
Sonxeber.net bildirir ki, Yermakın Telegram-da verdiyi məlumata görə, Aİ xarici işlər nazirlərinin görüşü baş tutub. Baş diplomat Cozep Borrell onun nəticələri barədə danışıb.
"Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra Avropa İttifaqının bütün 27 ölkəsi Ukraynaya silah tədarükünü dəstəkləyib", - Yermak Borrelin bəyanatına istinadən bildirib.
Yermakın sözlərinə görə, Aİ işləri sürətləndirir, lakin daha da böyük sürətlə işləməlidir.
Aslan Məmmədov