Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

II Elizabet koronavirusdan danışdı - VİDEO

II Elizabet koronavirusdan danışdı - VİDEO

Tarix: 12 Aprel 2022 18:50

Fevral ayında COVID-19-dan əziyyət çəkən Böyük Britaniya Kraliçası II Elizabet xəstəlik dövründə özünü necə hiss etməsindən danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, London Kral Xəstəxanasının yeni şöbəsinin təntənəli açılışı zamanı xəstələrdən biri ilə söhbətində o, koronavirusa yoluxduğu zaman keçirdiyi hisslərdən söz açıb.

"Virusa görə özünüzü çox yorğun və tükənmiş hiss edirsiniz, deyilmi?" - deyə 95 yaşlı kraliça pasiyentdən soruşub.

Bundan sonra isə II Elizabet bu pandemiyanın çox dəhşətli olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 20-də kraliça koronavirusa yoluxub və yüngül keçirdiyi üçün Vindzor qəsrində özünü təcrid edib.

Milli.Az


Etiketlər:  Elizabet koronavirusdan danışdı VİDEO


RƏYLƏR