Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada rus mahnıları qadağan olunur

Ukraynada rus mahnıları qadağan olunur

Tarix: 12 Aprel 2022 20:56

Ukrayna xalq deputatları radio və televiziyada rus musiqisinin qadağan edilməsini təklif edirlər.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə müvafiq qanun layihəsi artıq qeydə alınıb.

"Məhdudiyyətlərin müharibə bitməmişdən əvvəl, xüsusən də bütün işğal olunmuş Ukrayna əraziləri azad edilənə qədər tətbiq edilməsi təklif olunur",- deyə bildirilib.  

Kanal 24 bildirir ki, qoyulan qadağa Rusiya vətəndaşları və sakinləri tərəfindən ifasına da şamil olunacaq. 

- radio və televiziyada;

- əyləncə müəssisələrində;

- ictimai nəqliyyatda (bələdiyyə və özəl daşıyıcılardan);

- təhsil müəssisələrində, mədəniyyət və istirahət müəssisələrində;

- mehmanxana və restoran biznesində;

- kinoteatrlarda;

- ictimai məkanda.


Etiketlər:  Ukraynada mahnıları qadağan olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ