Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yod çatışmazlığına qarşı ƏN YAXŞI VASİTƏ

Yod çatışmazlığına qarşı ƏN YAXŞI VASİTƏ

Tarix: 12 Aprel 2022 22:45

Zob xəstəliklərinin əsas səbəbi orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır.

Qalxanvari vəz boyunun ön hissəsində, nəfəs borusunun önündə yerləşən, təxminən 20-30 qram ağırlığında endokrin sistemin ən əhəmiyyətli vəzlərindən biridir. O maddələr mübadiləsini, ürək-damar sistemini, boy artımını və orqanizmin inkişaf prosesini tənzimləyir.

Həkim-endokrinoloq Lamiyə Həbibbəyli deyib: "Xəstəliyin ilkin əlamətləri pilləkən çıxanda və qab yuyanda əllərdə yorulma hissinin baş verməsidir. Ürək döyünmələri çox olur, hətta 100-120-yə qədər yüksəlir, yaşlılarda həmin əlamətlər özünü çox aydın şəkildə büruzə verməyə də bilər. Adətən yüngül aritmiya və ya ürək döyüntüləri artması və yüngül arıqlamaya meyillilik qalxanvari vəzdə problem olduğunu araşdırmaq üçün əsas verir".

Həmin əlamətləri özündə hiss edənlər, ilk növbədə, endokrinoloqa müraciət etməli, TTH və T4 analizləri verməli və ultrasəs müayinəsindən keçməlidirlər: "Əgər qalxanvari vəzin funksiyası artıbsa, onu azaldan dərmanlar, azalıbsa, yəni tənbəl zobdursa, əvəzedici hormon terapiyası təyin olunur. Bu, xüsusilə hamilələr üçün çox vacibdir. Qalxanabənzər vəzdə düyünü olan xəstənin mütləq cərraha üz tutması fikri doğru deyil. Əgər xoşxassəli düyündürsə, ildə bir dəfə ultrasəs müayinəsi vasitəsilə ona nəzarət edilməlidir".

Həkim-endokrinoloqun dediyinə görə, belə xəstəliyi olanlar xüsusilə yeməklərdə yodlaşdırılmış duz qəbul etməlidirlər: "Son vaxtlar daha çox qaya duzundan istifadə edirlər. Qaya duzu mikroelementlərlə zəngindir, lakin yodlu deyil. Həm də qaya duzunun keyfiyyəti də əhəmiyyətli məsələdir, çünki onun tərkibində hansısa bir radioaktiv maddə və ya ağır metal duzun olması mənfi problemlərə səbəb olar. Dəniz duzundan istifadə etmək daha məsləhətlidir".

Yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara - sarımsaq, qarağat, feyxoa, qoz, kartof, kök, çuğundur və s. üstünlük verilməldir. Həkimlər yağlı xörəkləri də qida rasionundan çıxarmağı məsləhət görürlər.

Xəstəliklərin əsas səbəbi passiv həyat tərzi, hərəkətsizlik, düzgün olmayan qidalanma, stres və pis vərdişlərdir. Ona görə də təbiət qoynunda çox vaxt keçirmək, gəzintiyə çıxmaq, sağlamlığa vaxt ayırmaq lazımdır.


Etiketlər:  çatışmazlığına qarşı YAXŞI VASİTƏ


RƏYLƏR