Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni deputatlar Qarabağdan qovuldular – Giriş qadağan EDİLDİ

Erməni deputatlar Qarabağdan qovuldular – Giriş qadağan EDİLDİ

Tarix: 12 Aprel 2022 23:27

Ermənistan parlamentinin müxalifətçi deputatları Azərbaycan ərazisinə buraxılmayıblar.

Bu barədə parlamentin vitse-spikeri İşxan Saqatelyan məlumat verib.

Saqatelyan iddia edib ki, deputatların Qarabağ bölgəsinə getməklə bağlı bəyanatlarından sonra siyasətçilərin adları Laçın dəhlizindəki nəzarət buraxılış məntəqəsində duran hərbçilərə təqdim edilib.

"Hayastan" fraksiyasının üzvü Artur Qazinyan isə deyib: "Ermənistanın müasir tarixində ilk dəfə olaraq Milli Assambleyanın deputatlarına Qarabağ bölgəsinə giriş qadağan edilib. Azərbaycan tərəfi Qarabağa gedən deputatların tam siyahısını əldə edərək Rusiya sülhməramlı qüvvələrinin operativ qərargahına təhvil verib. Bakı onların Xankəndiyə daxil olmasına qadağa qoyulmasını tələb edib".

Xatırladaq ki, bu gün Ermənistan parlamentində Azərbaycana qarşı təxribat törədilib. Müxalif "Hayastan" və "Şərəfim var" fraksiyalarının deputatları parlamentin iclas zalını tərk edərkən keçmiş separatçı rejimin "bayraq"larını masalarının üzərinə qoyublar. Onlar növbəti iclasları boykot edəcəklərini və Qarabağa, Ermənistanın sərhədyanı rayonlarına gedəcəklərini bəyan ediblər.

Milli.Az


Etiketlər:  Erməni deputatlar Qarabağdan qovuldular Giriş qadağan EDİLDİ


RƏYLƏR