Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 06:25
Son günlər şou-biznes nümayəndələri etdirdikləri plastik əməliyyatlarla gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, kimisi Ramazan ayının olması və toyların azlığından istifadə edərək bıçaq altına yatıb.
Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl artıq piylərdən xilas olmaq üçün plastik əməliyyat etdirib.
Rəqqasə Fatimə Fətəliyeva ötən həftə burun əməliyyatı etdirib. Sənətçi rinoplastika ilə burnundakı bəyənmədiyi qüsurları aradan qaldırıb.
Müğənni Damla da bir neçə gün əvvəl uğursuz plastik əməliyyatının yaratdığı qüsurları aradan qaldırmaq üçün bıçaq altına yatıb. Sənətçi qarın hissəsindəki piylərdən xilas olub, süd vəzisini kiçildib və üzünə kök hüceyrə etdirib.
Əməkdar artist Mətanət İsgəndərli artıq çəkidən xilas olmaq üçün mədəkiçiltmə əməliyyatı etdirib.
Əməkdar artist Kubra Əliyeva da plastik əməliyyatla cavanlaşıb. Aktrisa üzünə kök hüceyrə etdirib.
Müğənni Xatirə İslam da ikinci dəfə artıq çəkilərindən xilas olmaq üçün bıçaq altına yatıb.
Əməkdar artist Vəfa Zeynalova da plastik əməliyyat etdirən məşhurlardandır. Aktrisa bu günlərdə göz qapaqlarındakı artıq ətləri kəsdirdiyini söyləyib.