Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 12:45
"Bir gün zavoddan çıxıb evə gəlirdim. Çörəkləri də enli şalvar geyinib, cibinə qoyurduq. Şəhərdən komissiya gəlmişdi, dedi ki, bu uşağı yoxlayın. Dedim, get, anama bax, qanını satıb, bizi saxlayır".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri "Söz baz" proqramında qonaq olarkən müğənni Əli Mirəliyev deyib.
O, çətin keçən uşaqlıq illərindən danışıb:
"Kişi söylədi ki, get, oğlum, hələ iki onluq da verdi. Atam anamı işləməyə qoymurdu, o da qanını satıb bizə yemək alırdı. Mən bunu etməyə icazə vermirdim. Çünki başı gicəllənirdi, yıxılırdı. Soruşdum ki, Mənzurə xala, anam niyə yıxılır? Dedi ki, bəs qanını satıb, sizə yemək alır. Başı gicəllənməsin deyə əlavə qida verirdilər. Onu da yemirdi, biz gətirirdi".