Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 13:20
Amerikalı aktyor Qilbert Qottfrid 67 yaşında vəfat edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun ailəsi onun rəsmi tviter hesabında məlumat yayıb. Bildirilib ki, Qilbert ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, o, komediya ustası idi. "Problemli uşaq", "Beverly Hills polisi 2", "Gilbert" kimi filmlərdə rol alıb. O, həm də bir çox animasiya filmlərində obrazların səsləndirilməsində iştirak edib. Bunlardan ən məşhuru isə "Ələddin"də tutuquşu İaqonu səsləndirməsidir.